Çempionlar liqasının H qrupunda “Barselona” “Antverpen”in qonağı olub. İlk hissədə komandalar qarşılıqlı qollarla yadda qalıblar. Meydan sahiblərinin heyətində Artur Vermeren fərqlənib. “Barsa”nın heyətində isə Ferran Torres diqqət mərkəzinə düşüb. 2-ci hissədə hücumlarını gücləndirən Antverpen futbolçuları daha 2 qol vurublar. Vinsen Yansen və Corc İlenihananın zərbələri dəqiq olub. Yekun nəticəni isə Mark Qiu müəyyənləşdirib. “Barselona” 2:3 hesabilə uduzsa da 12 xalla qrup lideri kimi 1/8 finala adlayıb. Qrup mərhələsində ilk qələbəsini qazanan “Antverpen” autsayder olub.
H qrupunun digər matçında “Portu” Donetskin “Şaxtyor” klubunu 5:3 hesabilə məğlub edib. Qalenonun dubl etdiyi görüşdə digər qolları Mehdi Taremi, Pepe və Fransisko Konseysan vurublar. 12 xal toplayan “Portu” qrup 2-cisi kimi pley-ofa yüksəlib. “Şaxtyor” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
İ qrupunda “Atletiko Madrid” “Latsio”nun qapısından 2 cavabsız top keçirib. Antuan Qrizman və Samuel Linonun qolları həlledici olub. Qrupun digər oyununda “Seltik” “Feyenoord”a 2:1 hesabilə qalib gəlib. “Atletiko Madrid” qrup lideri kimi, “Latsio” isə 2-ci pillədən pley-ofa yüksəlib. “Feyenoord” Avropa Liqasına yuvarlanıb. “Seltik” isə mübarizəni dayandırıb.